SİYASƏT


Səməd Seyidov: Avropa Şurası selektiv yanaşmaya, ikili standartlara son qoymalıdır

Azərbaycanın 20 faiz ərazisi işğal olunub. Təkcə Dağlıq Qarabağ regionu deyil, onun ətrafındakı 7 rayon da təcavüzkar Ermənistan tərəfindən işğal edilib. Avropa Şurasına üzv olanda düşünürdük, bu qurum işğalçı Ermənistana qarşı sanksiyalar qəbul edəcək və etməlidir. Ancaq heç nə olmadı.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyasında "Səlahiyyətlər və səsvermə ilə bağlı Parlament Assambleyasının qərar qəbul etmə prosesinin gücləndirilməsinə" dair müzakirələr zamanı qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır