Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

25.06.2019 [13:04]

Xəbərin mətni

Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu iyunun 25-də işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Forumun ikinci günü “Dayanıqlı İnkişaf Məqsədləri 16: şəffaflıq, inklüzivlik və iştirakçılıq ilə institutların daha səmərəli olmasını təmin etmək” mövzusunda interaktiv panel müzakirəli plenar sessiya ilə başlayıb.