SİYASƏT


2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi

BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində “Dövlət xidmətlərinin gələcəyi: 2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi” mövzusunda seminarın iyunun 25-də davamı olub.

Seminarda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparat rəhbəri Azad Cəfərli Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə dövlət idarəetməsi sahəsində həyata keçirilən islahatlar, bu islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in fəaliyyətə başlaması, habelə e-hökumət, İKT-nin və innovativ həllərin dövlət xidmətlərinin göstərilməsi prosesində tətbiqi barədə danışıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır