Şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib
27.06.2019 [10:29]
İyunun 26-sı yağan şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında 5 dəqiqə ərzində yağan dolu əsasən biçilməmiş taxıl, tərəvəz sahələrinə və meyvə bağlarına ziyan vurub.