CƏMİYYƏT


Qusar və Quba rayonlarında yağan dolu fəsadlar törədib

İyunun 26-sı yağan şiddətli dolu Qusar və Quba rayonlarında bir sıra fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, günorta saatlarında 5 dəqiqə ərzində yağan dolu əsasən biçilməmiş taxıl, tərəvəz sahələrinə və meyvə bağlarına ziyan vurub.

Güclü küləklə müşayət olunan dolu nəticəsində Qusar rayonunun Çiləgir kəndində Pərviz Mustafayevə məxsus evin damı uçub, 40 hektara yaxın taxıl, 27 hektar tərəvəz sahəsi yararsız vəziyyətə düşüb.