DÜNYA


Tunisdə partlayış törədilib

Bu gün Tunisin paytaxtında terrorçu-kamikadzelər tərəfindən törədilən iki partlayış nəticəsində doqquz nəfər, o cümlədən üç mülki şəxs yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Al Arabiya telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. İlkin məlumata əsasən, birinci terror aktı Şarl de-Qoll küçəsində - Fransa səfirliyindən yüz metrlik məsafədə törədilib. Burada qadın terrorçu özünü partladıb. Hücumun hədəfi polisin patrul avtomobili olub. İkinci partlayış isə Milli Antiterror İdarəsinin parklama yerində baş verib.