SİYASƏT


Səməd Seyidov: Azərbaycandakı islahatların məqsədi vətəndaşların müdafiəsi, hüquq və azadlıqlarının tam təmin edilməsidir

Azərbaycan Respublikası Avropa Şurasına 2001-ci ildə üzv olub. Bu vaxta qədər ölkəmiz sovet irsindən qurtulmaq üçün dövlət idarəçiliyində, məhkəmə sahəsində və iqtisadi sahədə köklü islahatlara başlayıb. Avropa Şurasına üzv olmaq açıq şəkildə ölkəmizdəki ictimai həyatın demək olar ki, hər bir sahəsini əhatə edən davamlı islahatlara böyük təkan verdi. Azərbaycan bu təşkilatın tərkibində bir sıra öhdəliklər götürdü, onları yerinə yetirmək üçün davamlı tədbirlər görülüb və onların əksəriyyəti artıq başa çatıb. Konstruktiv və kömək etmək niyyətli tənqidləri dinləməyə etiraz etmirik. Ancaq qeyd etmək istəyirəm ki, Azərbaycanda başlanan islahatların əsas məqsədi vətəndaşların müdafiəsi, eləcə də onların hüquq və əsas azadlıqlarının tam təmin edilməsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-nın yay sessiyası çərçivəsində təşkil olunmuş “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” adlı tədbirdə qurumdakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov söyləyib.