Azərbaycan Dövlət İnformasiya Agentliyi

Helikopter milyonçunu tıxacdan çıxardı, yoxsa xəstəni xilas etdi

27.06.2019 [18:18]

Nigeryanın Lagos və Benin şəhərləri arasındakı magistral yolda dayanan avtomobillərdən birinin sərnişini helikopterlə tıxacdan çıxarılıb. Yerli mətbuat həmin sərnişinin ölkə milyonçularından biri olduğunu yazıb. Lakin helikopter şirkəti bəyan edib ki, tibbi helikopter insul xəstəsi olan bir nəfərin təxliyyəsi üçün yola eniş edib.