CƏMİYYƏT


Havanın temperaturu 5-10 dərəcə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25°, günün birinci yarısında 35-37°, ikinci hissəsində 30-33°, Bakıda gecə 23-25°, gündüz 32-34° isti olacaq.