Beş ayda nəqliyyat vasitələri ilə 90,5 milyon ton yük daşınıb
28.06.2019 [20:49]
2019-cu ilin yanvar-may nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 90,5 milyon ton yük daşınıb və keçən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 2 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 62,8 faizi avtomobil, 27,8 faizi boru kəməri, 6,5 faizi dəmir yolu, 2,8 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.