Yaş barama tədarükü davam edir
28.06.2019 [22:25]
Respublika üzrə yaş barama tədarükü davam edir. İyunun 27-nə kümçülər tərəfindən “Azəripək” MMC-yə 632,56 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ötən gün kümçülər 1,24 ton yaş barama təhvil veriblər. Ən çox yaş barama təhvili iyunun 13-də qeydə alınıb. Həmin gün kümçülər ümumilikdə 121,69 ton yaş barama təhvil veriblər.