CƏMİYYƏT


Qusarda yem emalı müəssisəsi istifadəyə verilib

İyunun 28-də Qusar rayonunun Gədəzeyxur kəndində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisəsi istifadəyə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş açılış mərasimində bildirilib ki, yem emalı müəssisəsində istehsal sahəsi və anbar inşa olunub. Müəssisədə hər birinin gücü saatda 2 tona çatan toxum təmizləyən, yem üyüdən və ot doğrayan avadanlıqlar quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır