DÜNYA


Donald Tramp: Çin məhsullarına əlavə tariflər tətbiq olunmayacaq

ABŞ Çindən idxal olunan məhsullara əlavə gömrük tarifləri tətbiq etməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Osaka şəhərində “Böyük iyirmilər” (G20) qrupunun zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən ikitərəfli görüşdə deyib.

Çin KİV-ləri görüşdə tərəflərin ticarət danışıqlarını bərpa etmək barədə razılığa gəldiklərini yazır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır