CƏMİYYƏT


Respublika ərazisində taxıl biçini davam edir

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, iyunun 29-na olan operativ məlumata görə, ölkə ərazisində 740 min 90 hektar ərazidə taxıl biçini aparılıb, 315 min 978,4 hektar ərazidə arpa, 424 min 141,4 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 2 milyon 380 min 85 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,2 sentner təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır