Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İrkutsk vilayətində daşqınlar nəticəsində beş nəfər həlak olub

30.06.2019 [11:44]

İrkutsk vilayətində güclü yağışlar nəticəsində yaranan daşqın ümumilikdə 9 min əhalisi olan 31 yaşayış məntəqəsində 4 minə yaxın evin su altında qalmasına səbəb olub. Regionda fövqəladə vəziyyət elan edilib. Daşqınların İrkutsk vilayətinə 800 milyon rubl məbləğində ziyan vurduğu bildirilir.