DÜNYA


ABŞ prezidenti ilk dəfə KXDR-də

ABŞ Prezidenti Donald Tramp ilə Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In iki Koreya arasında faktiki sərhəd rolunu oynayan demilitarizasiya zonasında görüşüblər.

AZƏRTAC xəbər verir ki, Donald Tramp Kim Çen Inla birlikdə sərhəd xəttinin KXDR tərəfinə keçərək, əl sıxışıblar. Sonra hər iki lider Cənubi Koreya tərəfə keçərək jurnalistlərin suallarını cavablandırıblar. Beləliklə, Donald Tramp KXDR ərazisinə ayaq basan ilk ABŞ prezidenti olub.