DÜNYA


İrkutsk vilayətində təbii fəlakət: 5 nəfər dünyasını dəyişdi, 100 nəfər yaralandı

AZƏRTAC xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində aramsız yağan yağış daşqına səbəb olub. Nəticədə 30 minə yaxın insan elektrik enerjisiz qalıb. Regiondakı daşqına görə fövqəladə rejim elan edilib. Daşqının nəticələrinin aradan qaldırılması üçün FHN-ın xilas etmə dəstələri cəlb edilib, insanları helikopterlərin köməyi ilə təhlükəli zonalardan təxliyə edirlər. İlkin məlumata görə, hadisə nəticəsində azı 5 nəfər dünyasını dəyişib, 100 nəfərə yaxın insan xəstəxanaya yerləşdirilib.