DÜNYA


Təyyarə quş sürüsünə çırpıldı - Hindistanda


Hindistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi quş sürüsünə çırpılıb. Hadisə hərbi bazalardan birində baş verib. Nəticədə təyyarənin mühərriklərindən biri dayanıb və pilot ehtiyat yanacaq çənlərini və təlim üçün yüklənmiş bombaları uçuş zolağına buraxmalı olub.
Hindistan Hərbi Hava Qüvvələrindən verilən açıqlamada deyilir ki, pilotun professionallığı nəticəsində təyyarə partlamaqdan xilas olunub və bölgədəki sivil sakinlərin zərər görməsinin də qarşısı alınıb.