DÜNYA


Kabildə partlayış: 10 ölü, 65 yaralı

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində baş vermiş güclü partlayış nəticəsində 10 nəfər həlak olub, 65 adam xəsarət alıb.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan DİN-in mətbuat katibi Nəsrat Rəhimi partlayışın səhər saatlarında ölkənin Müdafiə Nazirliyinin yaxınlığında beş verdiyini bildirib. Onun sözlərinə görə, güclü partlayış əhalinin sıx olduğu yerdə olan yük avtomobilində törədilib. Bundan dərhal sonra Müdafiə Nazirliyinin idarəsinin binasına üç silahlı şəxs basqın edib və orada atışma başlayıb.