Astarada arıçılar mövsümün ilk balının tədarükünə başladı
01.07.2019 [17:29]
Xəbərin mətni
Zəngin floraya malik olan Astara rayonu Azərbaycanın arıçılıq mərkəzlərindən biri sayılır. Ölkəmizin əksər bölgələrində olduğu kimi Astarada da arıçılıq qədim tarixə malikdir. Bölgənin digər rayonlarında olduğu kimi, astaralı arıçılar da bəslədikləri arı ailələrindən mövsümün ilk balınının tədarükünü iyunun sonunda yekunlaşdırıblar.
AZƏRTAC xəbər verir ki, Astaranın müxtəlif yaşayış məntəqələrində saxlanılan arılar və onun məhsulları hər yerdə tanınır. Bu ünvanlardan biri də rayonun Miki kəndidir.