Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrkutskda aramsız yağan yağışların yaratdığı daşqınlarda ölənlərin sayı 7 nəfərə çatıb

01.07.2019 [17:47]

Rusiyanın İrkutsk vilayətində aramsız yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Aralarında uşaqların da olduğu 9 nəfər isə itkin düşüb. Daşqınlardan ümumilikdə 4 minə qədər tikiliyə ziyan dəyib.