Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Sərnişin təyyarəsi Tel-Əvivə qəza enişi etdi

02.07.2019 [01:58]

Kölndən havaya qalxan sərnişin təyyarəsi Tel-Əviv aeroportunda təcili qəza enişi etməyə məcbur olub. İsrailin Ben Gurion hava limanına eniş edən təyyarədə 152 sərnişinin olduğu bildirilir. Sərnişin və ekipaj üzvlərindən heç kəsin xəsarət almadığı qeyd olunur.