İQTİSADİYYAT


Bakı metrosunda iki yeni qatar xəttə buraxılıb: Hansı yeniliklər var?

İyulun 2-də Bakı metrosunda iki yeni qatar xəttə buraxılıb. AZƏRTAC xəbər verir ki, "Metrovaqonmaş” ASC-nin istehsal etdiyi texnoloji innovasiyalar baxımından ən müasir – IV nəslə mənsub 81-765.B/766.B modelli vaqonların maksimal sürəti saatda 90 kilomet, mühərriklərinin gücü 170 kilovatdır. Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. Yeni vaqonların sərnişinlər üçün mühüm əhəmiyyət kəsb edən üstünlükləri sırasında qapıların daha enli olması, açılıb-bağlanması işıqlı xəbərdarlıq indikatorları ilə təchiz edilməsini göstərmək olar. Bu, sərnişinlərin vaqonlara daha rahat və sürətlə daxil olub-çıxması imkanlarını genişləndirir. İşıqlı xəbərdarlıq qapının açılması və bağlanması ilə bağlı sərnişinin daha diqqətli olmasına kömək edir.