Qax-İlisu yolu yenidən qurulur
03.07.2019 [14:51]
Xəbərin mətni
Başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 96-cı kilometrindən götürən Qax-İlisu marşrutu üzrə avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Qax-İlisu marşrutu üzrə 35,5 kilometrlik avtomobil yolu 4 hissədən ibarətdir. Buraya uzunluğu 13,2 kilometr olan Qorağan-Qax şəhəri hissəsi, 6,3 kilometrlik Turaclı, Qarameşə, Əmircan və Meşəbaş kəndlərinin giriş yolları, 7,9 kilometrlik Qax şəhərinin mərkəzi hissəsi - Heydər Əliyev prospekti və 8,1 kilometrlik Qax şəhərinin İlisu kənd hissəsi daxildir.