DÜNYA


İrkutsk vilayətində daşqın qurbanlarının sayı 20 nəfərə çatıb

Rusiyanın İrkutsk vilayətində daşqınlar nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb. Həmçinin səkkiz nəfər itkin düşmüş sayılır, 221 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin operativ qərargahı məlumat yayıb.