DÜNYA


Çinin şimal-şərqində tornado nəticəsində altı nəfər həlak olub

Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində tornado nəticəsində 6 nəfər həlak olub, 120-dən çox insan xəsarət alıb.

AZƏRTAC ÇXR Mərkəzi televiziyasına istinadla xəbər verir ki, tornado dünən Kayyuan qəzasında başlayıb. Küləyin sürəti saniyədə 23 metrə çatıb. Təxminən 15 dəqiqə sonra külək zəifləyib və şəhərin hakimiyyət orqanları yubanmadan fövqəladə hallara təcili reaksiya planını işə salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır