CƏMİYYƏT


Hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Abşeronun şimal və cənub çimərliklərində şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23 dərəcə isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.