DÜNYA


Minskdə atəşfəşanlıq zamanı faciə: Ölən və yaralananlar var

Minskdə atəşfəşanlıq zamanı baş verən partlayışda bir qadın həlak olub, daha 10 nəfər yaralanıb. Bu barədə Belarusiya İstintaq Komitəsinin Mətbuat Xidməti xəbər yayıb. Bildirilir ki, 4 partlayışdan sonra fişəng qurğuları dağılıb, qəlpələr isə yaxınlıqdakı insanlara və binalara dəyib.