CƏMİYYƏT


Kürdəxanıda 60,5 kilometrlik küçədə təmir işləri aparılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Kürdəxanı qəsəbəsində vətəndaşların əsas istifadə etdiyi, lakin yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və sosial obyektlərin yerləşdiyi 60,5 kilometrlik 101 küçədə təmir-bərpa işləri görülüb, 302 min kvadratmetrədək sahəyə yeni asfalt-beton örtüyü döşənib. Həmçinin qəsəbədə 351 min kvadratmetr sahədə, ümumi uzunluğu 70,2 kilometr təşkil edən 122 adda küçənin bərpası işləri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır