İQTİSADİYYAT


Şəkidə 20 min əhalinin istifadə etdiyi 40 kilometrlik avtomobil yolları yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən, Şəki rayonunda 2 yol infrastrukturu layihəsi icra olunur.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, rayonun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz kəndlərini əhatə edən avtomobil yollarının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Orta Zəyzid-Baş Zəyzid kəndlərini birləşdirən yolda isə yenidənqurma işlərinə başlanılıb.