DÜNYA


Moskva Zooparkı Çin prezidentinin hədiyyəsi olan pandaların gün ərzində nə qədər bambuk yediyini açıqlayıb

 
 
 
View this post on Instagram

A post shared by Московский зоопарк (@moscow_zoo_official) on

 

AZƏRTAC xəbər verir ki, Moskva Zooparkının rəsmi Instagram səhifəsində Jui və Dindin adlı pandaların günə ən az 30 kiloqram bambuk yediyi barədə məlumat paylaşılıb. Məlumatda Çindən gələn bala pandaların gecə-gündüz yemək istədikləri, həmçinin onların "panda tort" ilə qidalanmağı sevdikləri də bildirilir.
Qeyd edək ki, Pandalar iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 70 illiyi ilə əlaqədar olaraq Çin rəhbərinin rəsmi səfəri zamanı Rusiyaya gətirilib. Gənc pandalar Jui və Dindin Moskva Zooparkına Rusiya və Çin prezidentlərinin iştirakı ilə təhvil verilib.