CƏMİYYƏT


Bakıda 30 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 19-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır