SİYASƏT


ATƏT PA-nın komitə iclasında Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında qızğın debatlar gedir

Lüksemburqda ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik üzrə Ümumi Komitəsinin iclası davam edir. İrlandiyalı deputat Alan Farrellin “Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentarilərin rolu” mövzusunda məruzəsində dondurulmuş münaqişələr məsələsinə toxunuldu. Gözlənildiyi kimi, bu məruzədən sonra təklif olunmuş yekun qətnaməyə düzəlişlər barəsində kəskin debatlar başlanıb.