DÜNYA


Yunanıstanda meşə yanğını: ətraf əhali təxliyə edildi

Yunanıstanın Eviya adasında baş verən güclü meşə yanğını davam edir. AZƏRTAC xəbər verir ki, hadisə yerinə 31 yanğınsöndürən maşın, 70 yanğınsöndürən, 5 təyyarə və 4 helikopter cəlb edilib. Hadisə ilə əlaqədar Makroxoriu, Neoxori, Dafni, Qavala və Lofiskos kəndlərinin sakinləri təxliyə ediliblər.