Prezident İlham Əliyev İtaliya nümayəndə heyətini qəbul edib
06.07.2019 [15:47]
Xəbərin mətni
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə çox uğurla inkişaf etdiyini və ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdiklərini dedi.