DÜNYA


Zəlzələdən qorxan teleaparıcı stolun altına girdi

ABŞ-ın Kaliforniya şəhərində baş vermiş güclü zəlzələ zamanı KCAL9 telekanalının aparıcıları xəbərlər buraxılışı efirə gedərkən yeraltı təkanları hiss ediblər. REN TV-nin yaydığı görüntülərdə studiyanın necə silkələndiyi ilə birlikdə teleaparıcıların necə həyəcan keçirdikləri də görünür. Qadın aparıcı qorxusundan stolun altında gizlənməli olur.