DÜNYA


ATƏT PA-nın iclasında südəmər uşaq iştirak edir

Bu günlərdə Lüksemburqda davam edən ATƏT-in Parlament Assambleyasının (PA) illik iclasında maraqlı səhnələrə də rast gəlinir.
AZƏRTAC xəbər verir ki, Kanadadan olan deputat Kristin Mur iclaslarda qucağında südəmər körpə ilə iştirak və hətta çıxış edir. Bu xanım siyasətçi gender problemlərinə dair məsələlər qaldırması və bu sahə ilə bağlı mühüm düzəlişlər irəli sürməsi ilə tanınır.
Təbəssüm doğuran bu səhnə ATƏT PA-nın sessiyasını işıqlandıran qəzetlərin səhifələrində və bir sıra telekanalların reportajında da yer alıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır