İsmayıllıda 15 kilometrlik 2 yolun inşası yekunlaşır
08.07.2019 [12:52]
Xəbərin mətni
İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunan layihələr üzrə yolların ümumi uzunluğu 15 kilometr təşkil edir.
Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bunlar başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu kilometrindən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci kilometrindən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarıdır.