SİYASƏT


ADA Universitetində Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən beynəlxalq konfrans keçirilib

ADA Universiteti və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Azərbaycanın Xarici İşlər nazirinin müavini, universitetin rektoru, səfir Hafiz Paşayev açıb. O deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti çətin bir tarixi yol keçib. Həmin illərdə diplomatlarımız ölkəmizin tarixində müstəsna rol oynayıblar. Müasir tariximizə baxsaq, artıq 30 ildir ki, Azərbaycan bu diplomatiyanı həyata keçirir. Müasir diplomatiyamızı da həyata keçirmək asan olmayıb.