SİYASƏT


Milli Məclisin deputatı ATƏT PA-ya təşəkkürünü bildirib

Milli Məclisin deputatı Elşad Həsənov ATƏT PA-nın yekun plenar iclasında çıxışında Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi məsələsinə bir daha toxunub. AZƏRTAC xəbər verir ki, natiq həlli uzanan münaqişələrin region ölkələrinin davamlı inkişafı yolunda əsas maneə olduğunu vurğulayıb. O xatırladıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik yeddi rayondan öz silahlı qüvvələrini dərhal çıxarması barədə qətnamələrinə etinasızlıq göstərməkdə davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır