İQTİSADİYYAT


Quba–Qonaqkənd avtomobil yolunun tikintisi yekunlaşır

Quba rayonunda 68 min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin son mərhələsi həyata keçirilir. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda tikinti işləri yolun Qonaqkənd qəsəbəsi yaxınlığındakı son 6 kilometrlik hissəsində aparılır. Yolun bu hissəsinin asfaltlanması yaxın günlərdə başa çatdırılacaq.