Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yunanıstanda fırtına: ölənlər var

11.07.2019 [13:17]

Yunanıstanın şimalında, Halkidiki turizm bölgəsində baş verən fırtına insan ölümünə və dağıntıya səbəb olub. Məlumata görə 6 turist ölüb, 108 nəfər yaralanıb. Ölənlər Çexiya, Rumıniya və Rusiyadan gələn turistlərdir.