Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Hindistanda 400 mindən çox insan daşqın zonasında qalıb

12.07.2019 [12:18]

Hindistanın şimal-şərqindəki Assam ştatında ötən həftənin sonundan davam edən leysan yağışına görə 400 mindən çox insan daşqın zonasında qalıb. Daşqın ümumilikdə 749 kəndə təsir edib, 17 min hektar əkinə yararlı torpaq sahəsi su altında qalıb.