SİYASƏT


“Ulu Öndər” sənədli filminin və eyniadlı mahnının təqdimatı olub

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı iyulun 12-də Bakıda “Ulu Öndər” sənədli filminin və eyniadlı mahnının təqdimatına həsr olunan tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan Heydər Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğını bir daha nümayiş etdirməkdir.