SİYASƏT


Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin (HHQ) aviabazalarından birində yerləşən Su-25 hücum təyyarələri döyüş atışlı uçuş məşqləri keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, uçuş heyətinin döyüş hazırlığının artırılması və yüksək səviyyədə saxlanılması məqsədilə planlı uçuşlar gündüz və gecə vaxtı icra olunub.