İQTİSADİYYAT


Xaçmazlı fermer buğda sahəsində 70 sentnerədək taxıl əldə edib

Xaçmaz rayonunda fermer Rövşən Şərifovun buğda sahələrində respublikamız üçün yüksək nəticə sayılan məhsuldarlıq qeydə alınıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təsərrüfatçı hər hektardan 70 sentnerədək taxıl əldə edib. Müasir texnologiyalardan istifadə edən R.Şərifov 10 hektar sahədə buğdanın “Bayraqdar” sortunu yetişdirib. Əkin üçün toxum yerli toxumçuluq təsərrüfatından əldə olunub.