Somalidə otelə hücum nəticəsində ölənlərin sayı 26-ya çatıb
13.07.2019 [18:03]
Somalinin Kismayo şəhərində otellərdən birində baş verən partlayış və silahlı hücum nəticəsində ölənlərin sayı 26-ya çatıb. AZƏRTAC Somalinin “Garowe Online” nəşrinə istinadla xəbər verir ki, region rəhbəri Cubalend Əhmədin sözlərinə görə, həlak olanların arasında ABŞ, Keniya, Tanzaniya və Britaniya vətəndaşları da var.