DÜNYA


Parisdə ixtişaş: Bu dəfə "qara jiletlilər" aksiya edir

AZƏRTAC RİA Novosti-yə istinadən xəbər verir ki, Fransanın paytaxtı Paris şəhərində özlərini “Qara jiletlilər” adlandıran yüzlərlə sənədsiz qaçqın etiraz aksiyası keçirib.
Qaçqınların əksəriyyəti Qərbi Afikadan gələnlərdir. Panteon abidəsinin qarşısında toplaşmış etirazçılar baş nazir Eduard Filiplə görüş, Fransada qeydiyyata salınmaq və qalmaq hüququ tələb edirlər.
300 nəfərə qədər qaçqının iştirak elədiyi etirazlar zamanı 37 nəfərin həbs edildiyi bildirilir.
Qeyd edək ki, “Sarı jiletlilər”dən ilham almış “qara jiletlilər” özlərini Fransada “səsləri eşidilməyən, simaları və sənədləri olmayan şəxslər” adlandırırlar.