İQTİSADİYYAT


Qubada superintensiv meyvə bağlarının sahəsi 1800 hektara çatdırılıb

Quba rayonunda müasirtipli superintensiv meyvə bağlarının salınmasına maraq artıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illər rayonda superintensiv meyvə bağlarının sahəsi artırılaraq 1800 hektara çatdırılıb. Bu bağların 1000 hektarında alma əkilib. Rayonda intensiv meyvə bağlarının salınmasında əsas məqsəd xarici bazarlara çıxarılabilən rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. Qubadakı mövcud alma bağlarının təxminən 60 faizi 30-40 il əvvəl salınıb. Həmin bağlar bioloji inkişaf dövrünü başa vurmuş hesab olunur. Bu səbəbdən fermerlər yeni superintensiv tipli meyvə bağları salmaqda maraqlıdır.