Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsveçdə idmançıların olduğu təyyarə qəzaya uğrayıb

15.07.2019 [17:56]

Umeo şəhərində təyyarənin yerə çırpılması nəticəsində 9 nəfər həyatını itirib. Onlar yerli paraşütçülərdir.
Ölənlər arasında tanınmış idmançılar da var. Məlumata görə, layner havaya qalxandan bir neçə dəqiqə sonra Ume çayındakı kiçik adaya düşüb.
İsveç kralı 16-cı Qustav qəzada ölənlərin ailə üzvlərinə başsağlığı verib.
Qəzanın səbəbləri aydınlaşdırılır.